Azərbaycan EBRD ilə 2 istiqamət üzrə fəaliyyəti genişləndirmək istəyir

Azərbaycan EBRD ilə 2 istiqamət üzrə fəaliyyəti genişləndirmək istəyir Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə ikitərəfli əməkdaşlığın perspektiv prioritetlərini, özəl sektorun dəstəklənməsini müzakirə edib.
Maliyyə
13 Dekabr , 2023 14:41
Azərbaycan EBRD ilə 2 istiqamət üzrə fəaliyyəti genişləndirmək istəyir

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə ikitərəfli əməkdaşlığın perspektiv prioritetlərini, özəl sektorun dəstəklənməsini müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Birləşmiş Krallığa səfər çərçivəsində EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüş zamanı bərpa olunan enerji və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib”, - nazir qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, M.Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, EBRD-yə ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Nazir ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin qlobal məqsədlərə uyğunluğunu vurğulayaraq, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün səylərin birləşdirilməsinin önəmini qeyd edib. Bildirilib ki, bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq praktiki addımların müzakirəsi vacibdir.

Y.Riqterink isə ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, EBRD-nin bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.

Tərəflər Bankla tərəfdaşlıq perspektivləri, bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Son xəbərlər

Orphus sistemi