“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib
- 01 aprel, 2023
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Atəşgah Sığorta” ASC 2021-ci ildəki fəaliyyətindən qazanılmış 328 min manatlıq xalis mənfəətə qarşı 2022-ci ili 518 min manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın gəlirləri 29,664 milyon manat (əvvəlki ilə nisbətən 17,1 % çox), xərcləri 30,182 milyon manat (21,1 % çox) təşkil edib.
Bu ilin yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 46,565 milyon manat olub ki, bu da illik müqayisədə 17,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 27,5 % artaraq 30,028 milyon manata, balans kapitalı isə 2,7 % artaraq 16,537 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.