“Anglo-Asian Mining” şirkətinin pul vəsaitlərinin həcmi 28 % azalıb

Maliyyə
  • 14 iyul, 2022
  • 10:45
“Anglo-Asian Mining” şirkətinin pul vəsaitlərinin həcmi 28 % azalıb

2022-ci ilin ikinci rübündə sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitlərinin həcmi 21,1 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin ikinci rübünün və ilk yarısının yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.

Məlumata görə, şirkətin pul vəsaitlərinin həcmi 2021-ci ilin ilk yarısının göstəricisi ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 28,2 % azalıb.

Qeyd edək ki, 2021-ci ilin ilk yarım ili ərzində şirkətin pul vəsaitlərinin həcmi 29,4 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 filmi