AMB "MFX-Trading İnvestisiya Şirkəti"nə lisenziya verib

AMB "MFX-Trading İnvestisiya Şirkəti"nə lisenziya verib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "MFX-Trading İnvestisiya Şirkəti" ASC-yə lisenziya verilib.
Maliyyə
28 Oktyabr , 2020 14:54
AMB MFX-Trading İnvestisiya Şirkətinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "MFX-Trading İnvestisiya Şirkəti" ASC-yə lisenziya verilib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 10-a çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”ni bu ilin avqust ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.

Son xəbərlər

Orphus sistemi