ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb
- 24 iyun, 2025
- 11:18
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, sənədə bu gün Bakıda keçirilən "Fintex Summit 2025" çərçivəsində imza atılıb.
Memorandumu ABA-nın prezidenti Zakir Nuriyev və Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova imzalayıblar.
Memorandum iki Assosiasiya arasında qarşılıqlı, faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək məqsədi daşıyır. Sənədə görə, ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası bank və maliyyə sahəsində seminarlar, forumlar, konfranslar və digər tədbirlərin təşkili üçün birgə əməkdaşlıq, həmçinin Qazaxstan və Azərbaycan bank-maliyyə əlaqələrinin möhkəmləndirilməsi qərarına gəliblər.