Yüksək Liqa: “Azərreyl” ilk məğlubiyyətini alıb
Komanda
- 06 fevral, 2023
- 15:23
Qadın voleybolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib.
“Report”un məlumatına görə, hər iki matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.
Yüksək Liqada günün ilk görüşündə lider “Azərreyl” büdrəyib. Nominal qonaq qismində meydana çıxan “Abşeron” hər üç setdə qalib gələrək, “Azərreyl”ə ilk məğlubiyyəti yaşadıb – 3:0 (25:21, 26:24, 25:17).
Digər qarşılaşmada isə “Murov” hələ də xal qazana bilməyən UNEC-i 3:0 (25:9, 25:23, 25:11) hesabı ilə üstələyib.
Beləliklə, 5 turdan sonra lider “Azərreyl”in 11, “Murov”un 10, “Abşeron”un 9 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in aktivində xal yoxdur.
Son xəbərlər
15:22
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
İnfrastruktur15:19
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Maliyyə15:18
Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var
Digər ölkələr15:15
Baş idarə Bakı və bir neçə rayonda əməliyyat keçirib, 132 kq narkotik dövriyyədən çıxarılıb
Hadisə15:09
Foto
Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
İnfrastruktur15:08
Avropa Komissiyası Rusiyanın G20 görüşlərində iştirak hüququnu təsdiqləyib
Digər ölkələr15:05
"Formula 2: Bakıda ikinci sıralama turu başa çatıb - YENİLƏNİB
Formula 115:04
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb
Daxili siyasət14:58