"Neftçi" Şuşadakı basketbol turnirinin qalibi olub - YENİLƏNİB-4
- 13 iyun, 2023
- 12:52
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində qalib müəyyənləşib.
"Report"un məlumatına görə, "Neftçi" finalda Niderland millisini 20:12 hesabı ilə məğlub edib.
"Neftçi"nin üzvü Arika Derris Karter matçın ən yaxşı oyunçusu adına layiq görülüb.
14:50
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, yarımfinalda Almaniya millisinə 21:10 hesabı ilə qalib gələn Niderland yığması həlledici oyunda "Neftçi"yə rəqib olub.
14:26
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, yarımfinalda Macarıstan millisinə 15:14 hesabı ilə qalib gələn "Neftçi" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Digər yarımfinal cütündə Almaniya yığması Niderlandla üz-üzə gələcək.
13:44
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində bütün yarımfinalçılar müəyyənləşib.
"Report"un məlumatına görə, 1/4 final mərhələsinin sonuncu matçında Almaniya yığması Yaponiyanın G FLOU klubuna qalib gəlib - 22:16.
Komanda finala gedən yolda Niderlandla üz-üzə gələcək. Digər yarımfinal cütündə "Neftçi" klubu Macarıstan kollektivini sınağa çəkəcək.
13:23
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci günə start verilib.
"Report"un məlumatına görə, 1/4 final mərhələsinin ilk qarşılaşmasında Macarıstan millisi Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyib.
Komanda yarımfinalda "Neftçi" klubunun rəqibi olub.
1/4 finalda, həmçinin, Almaniya seçməsi Yaponiyanın G FLOU klubu ilə qarşılaşacaq.