Bakı şəhərini və buradakı insanları çox sevirəm.
"Report" xəbər verir ki, bunu “Sərhədçi”nin yeni transferi Vuk Vukiçeviç deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən serbiyalı basketbolçu paytaxt təmsilçisi ilə müqavilə imzalamasından danışıb:
“Bu komandanın bir hissəsi olduğum üçün və bura gəldiyim üçün şadam. Liqa yaxşıdır və düşünürəm ki, bu mövsüm həqiqətən də yaxşı çıxış edə bilərik. Bütün keyfiyyətlərimlə komandaya kömək etməyə çalışacağam. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”.
O, Azərbaycan Basketbol Liqasının son turunda NTD üzərindəki qələbədən (84:79) də söz açıb:
“Bəli, bu mənim üçün burada ilk oyun idi. Biz hələ də bir-birimizə uyğunlaşırıq. Düşünürəm ki, yaxşı ritmdəyəm və gələn oyunlar üçün həyəcanlıyam. Deyə bilərəm ki, bu mövsüm həqiqətən yaxşı çıxış edəcəyimə tam əminəm. NTD ilə matçda meydançada özümü yaxşı hiss etdim”.