"Neftçi"nin kapitanı: "Polşa klubuna qalib gələcəyimizi düşünürəm"
Komanda
- 05 noyabr, 2025
- 11:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" basketbol klubunun kapitanı Amil Həmzəyev FIBA Avropa Kubokunun IV turunda üz-üzə gələcəkləri Polşanın "Trefl" klubuna qalib gələcəklərini düşünür.
O, bu barədə "Report"a açıqlama verib.
35 yaşlı oyunçu bu gün baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Düşünürəm ki, bugünkü görüşdə qalib gələcəyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Amma rəqibin güclü olduğunu da söyləməliyəm".
A.Həmzəyev bu rəqibə səfərdə uduzduqları (63:92) ilk matç haqqında da danışıb:
"Həmin vaxt səfərdə çıxış etməyimizə baxmayaraq, yaxşı oyun sərgiləmişdik. Ancaq evdə tamam fərqli qarşılaşma olacağına əminəm".
Qeyd edək ki, I qrupunun "Neftçi" - "Trefl" görüşü Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Son xəbərlər
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region