NBA çempionu olmuş serbiyalı məşhur basketbolçu karyerasını bitirir
Komanda
- 10 oktyabr, 2023
- 06:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyalı məşhur basketbolçu Nemanya Byelitsa karyerasını bitirmək qərarına gəlib.
"Report" yerli "Telesport" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı oyunçu zədələr səbəbindən bu addımı atıb.
Qeyd edək ki, Nemanya Byelitsa son olaraq ölkəsində “Srvena Zvezda”nın formasını geyinib. 2022-ci ilin yayında Türkiyənin "Fənərbağça" klubuna keçən basketbolçu baldırından ciddi zədə aldığı üçün İstanbul təmsilçisinin heyətində bu ilin martında meydançaya çıxa bilib.
Milli Basketbol Assosiasiyasında (NBA) müxtəlif komandalarda da oynayan Byelitsa 2022-ci ildə "Qolden Steyt"lə çempion olub. O, Serbiya millisi ilə 2009-cu ildə Avropa, 2014-cü ildə isə dünya çempionatında gümüş medal qazanıb.
Son xəbərlər
04:06
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Region03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36
Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Digər ölkələr02:09
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Futbol01:45
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
Ekologiya01:16
ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
Digər ölkələr00:44
"Euronews": Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
Media00:17