Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında sonuncu turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında sonuncu turun oyunları keçirilib Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında sonuncu - XX turun oyunları keçirilib.
Komanda
13 aprel 2025 22:56
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında sonuncu turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında sonuncu - XX turun oyunları keçirilib.

“Report” xəbər verir ki, MOİK “Gənclər”i 3:0 (25:21, 25:21, 25:18), “Murov Az Terminal” “Azərreyl”i 3:2 (15:25, 19:25, 27:25, 25:18, 15:10) hesabı ilə məğlub edib.

“Neftçi” isə “Xilasedici”yə uduzub - 1:3 (20:25, 18:25, 25:23, 26:28).

Beləliklə, yarımfinalda turnir cədvəlinin birincisi olan “Murov Az Terminal” dördüncü yerin sahibi “Neftçi” ilə üz-üzə gələcək. İkinci olan “Azərreyl” isə üçüncü yeri tutan “Xilasedici” ilə qarşılaşacaq.

Turnir cədvəlinin beşincisi MOİK və sonuncu yerin sahibi “Gənclər” isə ölkə birinciliyində mübarizəni dayandırıblar.

Qeyd edək ki, kişi voleybolçular arasında pley-off mərhələsinin oyunları 16-18 apreldə keçiriləcək. Yarımfinal mərhələsi iki qələbəyə qədər davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi