Həndbol üzrə Azərbaycan çempionatında 10 komanda iştirak edəcək

Komanda
  • 18 mart, 2022
  • 17:02
Həndbol üzrə Azərbaycan çempionatında 10 komanda iştirak edəcək

Martın 20-də həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.

"Report"un məlumatına görə, sayca 28-ci respublika birinciliyinin oyunları Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Çempionata 4-ü qadınlardan, 6-sı kişilərdən ibarət olmaqla, 10 komanda qatılacaq. Qadınların yarışında “Azəryol”, “Azərsu”, “Qarabağ”, “İdman Akademiyası”, kişi həndbolçuların mübarizəsində isə “Bakı”, “Məhsul”, “Təhsil”, U-18 İdman Akademiyası, U-16, “Gənclər Birliyi” komandaları qələbə uğrunda yarışacaqlar.

Çempionatın açılış oyunu martın 20-sində keçiriləcək. Saat 11:00-da başlanacaq matçda “ Gənclər Birliyi” və “ Bakı” klubları ilə üz-üzə gələcək. Ardınca “İdman Akademiyası” ilə “Qarabağ” komandası meydana çıxacaq.

Saat 14:00-da ölkə çempionatının açılış mərasimi keçiriləcək. İlk yarış gününə U-16 – U-18 İdman Akademiyası, “Azəryol” – “Azərsu” və “Təhsil” – “Məhsul” görüşləri ilə yekun vurulacaq.

Martın 26-da isə “ Bakı –“ Təhsil”, “Qarabağ” – “Azəryol”, U-18 İdman Akademiyası – “Gənclər Birliyi”, “Azərsu” – “İdman Akademiyası”, “Məhsul” – U-16 qarşılaşmaları oynanılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti