Həndbol Federasiyasının rəsmisi: Azərbaycan çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var

Həndbol Federasiyasının rəsmisi: Azərbaycan çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var Bunu “Report”a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov ölkə çempionatı ilə bağlı açıqlamasında deyib.
Komanda
12 Sentyabr , 2024 15:59
Həndbol Federasiyasının rəsmisi: Azərbaycan çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var
İsgəndər Əsgərov

Həm kişilərin, həm də qadınların çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var.

Bunu “Report”a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov ölkə çempionatı ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi komandaların sayının artdığını və format baxımından yeniliklər olduğunu söyləyib:

“Həm kişilərin, həm də qadınların çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var. Turnirə gənclərdən ibarət komandaları da əlavə etmişik. Əvvəlcə bütün komandalar bir-biri ilə oynayacaq. Daha sonra ilk “4-lük” ayrılacaq. Burada 4 kollektiv yalnız bir-biri ilə görüşəcək. Kişilərin çempionatında 5-9-cu, qadınlarda isə 5-7-ci yerlərin sahibləri də bir-biri ilə oynayacaq. Çempionat sentyabrda başlayıb, mayda bitəcək. Daha sonra Azərbaycan Kuboku keçiriləcək. Güclü, legionerləri olan komandalar gənclərlə cəmi bir dəfə görüşəcək. Bu format marağı artıracaq. O cümlədən Bakı ilə yanaşı, Mingəçevirə də gedəcəyik. “Kür” komandaları oyunlarını Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirəcək”.

İ.Əsgərov milli komandaların formalaşması üçün şərait yaratdıqlarını söyləyib:

“Legioneri olan komandaların durumu bir qədər düzəlib. Yaxşı oyunçular gətiriblər. Qalanları gənclərdir və bizə lazım olan da budur ki, milli komandalarımız formalaşsın. Onlar üçün çempionatda şərait yaratmışıq ki, ilboyu oynasınlar. Millini bu həndbolçular vasitəsilə təkmilləşdirəcəyik. Gələn il yeniyetmələr MDB ölkələrinin çempionatına qatılacaqlar. Oğlan və qız həndbolçulardan ibarət komandalarımız bu yarışda iştirak edəcəklər. İdmançıların inkişafı üçün belə turnirlər vacibdir”.

Qeyd edək ki, həndbol üzrə XXXI Azərbaycan çempionatına bu gün start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi