"Filadelfiya"nın basketbolçusu Corc 25 oyunluq diskvalifikasiya olunub
- 01 fevral, 2026
- 00:57
Milli Basketbol Assosiasiyası (NBA) "Filadelfiya"nın amerikalı forvardı Pol Corcu liqanın antinarkotik siyasətini pozduğuna görə 25 oyunluq diskvalifikasiya edib.
"Report"un məlumatına görə, bu barədə NBA-nin mətbuat xidməti açıqlama yayıb.
Basketbolçu mövsümün sonuna 10 oyun qalmış meydana qayıda biləcək. Onun iştirak edə biləcəyi ilk görüş martın 26-da "Çikaqo"ya qarşı keçiriləcək ev oyunu ola bilər.
"Son illər mən psixi sağlamlığın əhəmiyyətindən danışmışam və yaxınlarda öz problemimlə bağlı müalicə zamanı səhvə yol verərək uyğun olmayan dərman qəbul etmişəm. Mən hərəkətlərimə görə tam məsuliyyət daşıyıram və bu düşünülməmiş qərarıma görə "Filadelfiya", komanda yoldaşlarım və azarkeşlərdən üzr istəyirəm", - Corcun sözlərini ESPN telekanalı yayıb.