EEVZA: Azərbaycan millisi ikinci oyunda da məğlub olub
Komanda
- 06 dekabr, 2023
- 12:11
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
"Report" xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ikinci matçında ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (7:25, 17:25, 18:25). Komanda ilk görüşdə Polşaya da eyni hesabla uduzmuşdu.
Azərbaycan millisi dekabrın 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.
Son xəbərlər
09:27
Video
FHN: Azərbaycanda ötən həftə 219 yanğına çıxış qeydə alınıb
Hadisə09:24
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:20
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
İKT09:11
Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb
Hadisə09:09
Bakıda moped divara çırpılıb, sürücü ölüb
Hadisə09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.03.2026)
Maliyyə09:01
"Barselona"da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb
Futbol08:52
Hindistanın şərqindəki xəstəxanada baş verən yanğında azı 10 nəfər həlak olub
Digər ölkələr08:34