Çimərlik voleybolu üzrə Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər.
"Report" xəbər verir ki, qızlardan və oğlanlardan ibarət yığmalar U-18 Avropa çempionatında güclərini sınayacaqlar.
Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.
İyulun 10-dan 14-dək baş tutacaq yarışda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, oğlanlar mübarizəyə əsas, qızlar isə təsnifat mərhələsindən qoşulacaqlar.