Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar İlk görüşdə ölkə çempionu 1:3 hesabı ilə uduzub
Komanda
15 Dekabr , 2022 09:28
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, kişi voleybolçulardan ibarət "Murov" komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"u qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə ölkə çempionu 1:3 hesabı ilə uduzub.

Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada baş tutur.

Son xəbərlər

Orphus sistemi