Barak Obama Bakının rəqibini dəstəkləyib

Barak Obama Bakının rəqibini dəstəkləyib Boston 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürüb
Komanda
9 Yanvar , 2015 16:32
Barak Obama Bakının rəqibini dəstəkləyib

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürüb. "Report"un "Reuters"ə istinadən məlumatına görə, bu addımı ölkə prezidenti Barak Obama da dəstəkləyib. 

"Boston bizi güclü olmağın hansı anlamı verdiyinə öyrətdi. Prezident və birinci xanım, habelə bütün idmançılar bu nailiyyətlə fəxr edir və biz Bostonun 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil etməsi üçün bütün səylərini ortaya qoyacağıq", - deyə B.Obama bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax isə Bostonu ciddi namizəd adlandırıb: "Bu şəhərin sakinləri təşəbbüskarlıqları ilə tanınırlar. Bostonun idman, elm və təhsildə böyük irsi var".

Qeyd edək ki, daha öncə ABŞ-ın Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərləri də 2024-cü il olimpiadasına namizədliklərini verib. Lakin ölkənin Milli Olimpiya Komitəsi məhz Bostonu seçib. Digər namizədlər qismində Almaniyanın Berlin və Hamburq, Rusiyanın Sankt-Peterburq, Ukraynanın Kiyev, Türkiyənin İstanbul, Keniyanın Nayrobi, Avstraliyanın Melburn və CAR-ın Yohannesburq şəhərləri ilə yanaşı, Bakının da adı hallanır.

Son xəbərlər

Orphus sistemi