"Xarı Bülbül" və "Azərreyl"in Çağırış Kubokundakı rəqibi bəlli olub - YENİLƏNİB

Komanda
  • 19 iyul, 2023
  • 11:50
Xarı Bülbül və Azərreylin Çağırış Kubokundakı rəqibi bəlli olub - YENİLƏNİB

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" klubunun Çağırış Kubokundakı rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, Şuşa təmsilçisi 1/32 final mərhələsində Slovakiyanın "Spartak" (Miyava) kollektivi ilə üz-üzə gələcək.

"Xarı Bülbül" ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, bu raundun birinci görüşləri 24 - 26 oktyabrda, cavab qarşılaşmaları isə 31 oktyabr - 2 noyabrda olacaq.

15:40

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubunun Çağırış Kubokundakı rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, ölkə çempionu 1/32 final mərhələsində Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək.

Komanda ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, bu raundun birinci görüşləri 10-12 oktyabrda, cavab qarşılaşmaları isə 17-19 oktyabrda olacaq.