Azərbaycanlı voleybolçu: "Avropa çempionatında əlimizdən gələni edəcəyik"

Komanda
  • 06 mart, 2023
  • 09:46
Azərbaycanlı voleybolçu: Avropa çempionatında əlimizdən gələni edəcəyik
Ayşən Abduləzimova

"Avropa çempionatında yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

30 yaşlı idmançı qitə birinciliyində 10-cu dəfə çıxış edəcəklərini xatırladıb: "Bu, böyük uğurdur. Amma arxayınlaşmamalıyıq. Bir neçə gün əvvəl federasiyanın I vitse-prezidenti Faiq Qarayevin nəzarəti ilə klublarda çıxış edən milli voleybolçular məşqlərə başlayıblar. Mən də Macarıstandakı matçlar bitdikdən sonra Bakıya gəlib hazırlığa qoşulacağam".

Qeyd edək ki, Avropa çempionatı 18 avqust - 16 sentyabrda təşkil olunacaq. Azərbaycan C qrupunda Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstanla mübarizə aparacaq. Bu qrupun oyunları Almaniyada keçiriləcək.

Ayşən Abduləzimovanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

44 - Tezliklə