Millimiz Gürcüstanı yenə məğlub etdi

Millimiz Gürcüstanı yenə məğlub etdi Tbilisidə Azərbaycan və Gürcüstanın kişilərdən ibarət voleybol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib
Komanda
11 May , 2021 13:43
Millimiz Gürcüstanı yenə məğlub etdi

Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, görüş Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib.

Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri izləyiblər.

Yoldaşlıq görüşü 3:0 hesabı ilə Azərbaycanın xeyrinə nəticələnib.

Yekunda komanda kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan millisi qonşu ölkədə 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib. Komanda Gürcüstanla qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi