Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, görüş Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib.
Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri izləyiblər.
Yoldaşlıq görüşü 3:0 hesabı ilə Azərbaycanın xeyrinə nəticələnib.
Yekunda komanda kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan millisi qonşu ölkədə 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib. Komanda Gürcüstanla qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.