Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.
Faiq Qarayevin baş məşqçi olduğu yığma səfərə yekun heyətlə yollanıb. Milli burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcəklər.
Yığma bu turnirdə ilk oyununu mayın 17-də məhz meydan sahiblərinə qarşı keçirəcək.
Qeyd edək ki, yeni formatda təşkil ediləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda olacaq.