Azərbaycanın qadınlardan ibarət badminton millisi Şotlandiyaya uduzub
Komanda
- 07 dekabr, 2023
- 14:30
Azərbaycanın qadınlardan ibarət badminton millisi Avropa çempionatının təsnifat mərhələsinin ilk görüşündə Şotlandiyaya uduzub.
Badminton Federasiyasından "Report"a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində baş tutan oyun rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyevanın heyətində yer aldığı yığmamız qrupda növbəti oyunlarını Estoniya və Slovakiyaya qarşı keçirəcək.
Qeyd edək ki, reqlamentə əsasən, qrup qalibi 2024-cü ilin 14-18 fevralında Polşanın Lodz şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Son xəbərlər
17:14
UEFA-nın 51-ci Konqresinin keçiriləcəyi ölkə açıqlanıb
Futbol17:11
"Sumqayıt" yeni futbolçusu ilə müqavilənin detallarını açıqlayıb
Futbol17:10
SOCAR ötən il ixrac etdiyi neftin həcmini açıqlayıb
Energetika17:05
Ceyms Milner Premyer Liqa rekordunu yeniləyib
Futbol17:02
İcma Qərbi Azərbaycan hekayələri barədə müsabiqələri davam etdirəcək
Daxili siyasət16:59
Azərbaycanla Türkmənistan "Qarabağ" və "Ahaltəkə" atları ilə bağlı əməkdaşlığı müzakirə edib
Xarici siyasət16:59
Foto
Bolqarıstanda salınacaq "Şuşa Parkı" iki hektara yaxın ərazini əhatə edəcək
İnfrastruktur16:53
Adil Kərimlinin Qaxdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mədəniyyət siyasəti16:48