Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq 2023-cü ildə keçiriləcək qadın voleybol üzrə Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi növbəti oyununa çıxacaq.
Komanda
7 Sentyabr , 2022 09:39
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Report"un məlumatına görə, rəqib D qrupunun lideri Sloveniya millisi olacaq. Mariborda təşkil olunacaq qarşılaşmanı İtaliya və Macarıstandan olan hakimlər idarə edəcək.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə Sloveniya qalib gəlib - 3:1. Hazırda bu yığma 11 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdə gedir.

Qrupun digər görüşündə 4 xala malik Avstriya xalı olmayan Gürcüstanı qəbul edəcək.

Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə bu rəqibə Mariborda da uduzacağı təqdirdə, qrup ikincisi kimi mərhələ şansını çətinləşdirəcək. Çünki Avstriya paralel görüşdə autsayder Gürcüstanı yenməklə, xalını 7-yə çatdıracaq və son turda Eldar Yusubovun baş məşqçi olduğu kollektivlə ev oyununda qələbə qazanmaqla, qrup ikinciliyini ələ keçirəcək.

AVRO-2023-ün təsnifat mərhələsi

D qrupu

7 sentyabr

17:30 Sloveniya – Azərbaycan

Hakimlər: Armando Simbari (İtaliya), Peter Sabo (Macarıstan)

Maribor, "Sportna Dvorana Ljudski Vrt".

Son xəbərlər

Orphus sistemi