Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib Polo üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Komanda
21 Sentyabr , 2022 17:52
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Polo üzrə Azərbaycan milli komandası ABŞ yığması ilə yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Binə atçılıq mərkəzindəki yeni istefadəyə verilmiş arenadakı qarşılaşma 6:6 hesabı ilə başa çatıb.

ABŞ yığmasının üzvü və “Grand Champions Polo Club” polo klubunun sahibi Melissa Qanzi açıqlamasında uzun illər Azərbaycanla polo idman növü üzrə əməkdaşlıq etdiklərini bildirib:

"Bu əməkdaşlıq günü-gündən inkişaf edir. ABŞ-la Azərbaycan arasında idman sahəsində xoş münasibətlər var. Azərbaycan hər zaman idmana və onun inkişafına xüsusi diqqət yetirir".

Qanzi məkanın açılışında iştirakdan məmnunluğunu vurğulayıb: "Bu məkan ölkədə Polonun inkişafı üçün əlverişli şərait yaradacaq, həmçinin ölkənin bu idman növü üzrə dünyada tanınmasına töhfə verəcək. Burada çox yaxşı idmançılar var. Azərbaycan sözün əsl mənasında beynəlxalq yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir".

Son xəbərlər

Orphus sistemi