İğdırda Azərbaycan İncəsənət Həftəsi keçirilib

Mədəniyyət siyasəti
  • 14 oktyabr, 2026
  • 11:14
İğdırda Azərbaycan İncəsənət Həftəsi keçirilib

Türkiyənin İğdır şəhərində yerli Valilik və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Azərbaycan İncəsənət Həftəsi keçirilib.

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirdə İğdır valisi Fırat Taşolar, Azərbaycanın Qarsdakı Baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rəsmi şəxslər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan mədəniyyətinin, milli musiqi və incəsənətinin Türkiyədə tanıdılması məqsədi daşıyan tədbirdə ölkənin zəngin mədəni irsi, incəsənət ustalarının ifasında musiqi və rəqs sənəti, həmçinin İğdır Universiteti tələbələrinin iştirakı ilə müasir ornamentli milli və ənənəvi geyimlər təqdim olunub.

Konsertdə çıxış edən Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər İlkin Dövlətov və Elgün Quliyevin ifaları, "Zəngəzur" Rəqs Ansamblının ifaları coşqu ilə qarşılanıb.

44 - Tezliklə