"Sabah" - "Slaviya" oyununda antirekord qeydə alınıb

Futbol
  • 14 oktyabr, 2026
  • 11:27
Sabah - Slaviya oyununda antirekord qeydə alınıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda baş tutan "Sabah" – "Slaviya" (Çexiya) oyununda antirekord qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

Qarşılaşmada qapı "çərçivə"sinə ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub. Bu göstərici qitənin ən nüfuzlu klub turnirinin tarixində statistik məlumatların toplanmağa başlandığı dövrdən (2003/2004 mövsümündən) bəri "çərçivə"yə birinci zərbənin vurulması üçün ən uzun müddət olaraq tarixə düşüb.

"Sabah"ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda baş tutan matçda Çexiya təmsilçisini iki cavabsız qolla məğlub edib.

44 - Tezliklə