Oyunçuların hazırlığından razıyam.
"Report" xəbər verir ki, bunu Azərbaycanın basketbol üzrə U-20 millisinin baş məşqçisi Alberto Blanko deyib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən ispaniyalı mütəxəssis Bakıda davam edən təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirib: “Təlim-məşq toplanışı 10-12 gün davam etməlidir. Lakin proses bir qədər uzun çəkəcək. Oyunçuların hazırlığından razıyam. Bununla belə, Rumıniyaya hansı heyətlə yollanacağımızı müəyyənləşdirməmişik. Gələn həftə hər şeyə aydınlıq gələcək".
A.Blanko iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda çıxış edəcək millimizin rəqibləri barədə danışıb: "Turnirdə bizi çətin sınaq gözləyir. Qrupda qələbə qazanmamışıq. Hədəfimiz ancaq qalib gəlməkdir".
Qeyd edək ki, Azərbaycanın U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.