Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb”

Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb” U-18 komandamızın üzvləri 6 aydır yığılıb.
Komanda
20 Avqust , 2024 10:58
Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb”

U-18 komandamızın üzvləri 6 aydır yığılıb.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət həndbol millisinin baş məşqçisi Rəşad Hüseynov komandanın Kosovoda keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxışı barədə danışarkən deyib.

Mütəxəssis keçirdiyi bütün oyunlarda məğlub olan yığmanın zəif nəticələrinin səbəbini açıqlayıb:

“Uşaqların institutu, imtahanı ilə bağlı müəyyən problemlər var idi. Onlarla cəmi 4 ay məşğul ola bilmişik. Gürcüstana, Rusiyanın Həştərxan şəhərinə gedib, yoldaşlıq görüşləri keçirmişdik. Mingəçevirdə təlim-məşq toplanışında olmuşduq. Avropa komandaları bir-biriləri ilə çox oynayırlar. Bizimkilər isə beynəlxalq yarışlarda az çıxış edib. Heyət təcrübəsizdir, üstəlik, zədəlilərimiz çox oldu. Düzdür, Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyi həmişə bizə dəstək olub. Buna baxmayaraq, uşaqların təcrübəsi azdır”.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 4 oyun keçirib. A qrupunda yer alan milli Kosovoya 27:44, Belçikaya 16:40, Bolqarıstana isə 22:48 hesabı ilə məğlub olub. Komanda 6-cı yer uğrunda görüşdə isə Böyük Britaniyaya 23:34 hesabı ilə uduzaraq sonuncu - 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi