Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb

Xarici siyasət
  • 05 noyabr, 2026
  • 15:34
Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb

Hökumətlər qurumlararası əməkdaşlığı inkişaf etdirməli, dövlət və özəl sektorların səylərini birləşdirməli və resursların bölgüsündə şəffaflığı təmin etməlidir.

"Report" xəbər verir ki, bunu Madaqaskarın əmək, məşğulluq və dövlət qulluğu naziri Deni Frankonio Mak (Denis Franconio Mac) Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə bildirib.

Onun sözlərinə görə, davamlı inkişaf sahəsindəki mürəkkəb böhranlar ayrı-ayrı sahələrin hüdudlarını aşır, çünki iqlim dəyişikliyi, səhiyyə, iqtisadiyyat və sosial sahə bir-biri ilə sıx əlaqədədir.

"Rəhbərlər bu mürəkkəbliyə davam gətirə biləcək gələcək formalaşdırmaq üçün maneələri dəf etməyi, dövlət və özəl strukturların iştirakı ilə koalisiyalar yaratmağı bacarmalıdırlar", - nazir qeyd edib.

O vurğulayıb ki, bu cür dəyişikliklərin ən vacib şərti dürüstlükdür, hökumətlər isə resursların bölgüsünün şəffaflığına və öz təşəbbüslərinin real nəticələrinə zəmanət verməlidirlər.

"Vətəndaşlar həyata keçirilən təşəbbüslərin nəzərəçarpan nəticələrini qiymətləndirmək imkanına malik olmalıdırlar", - Deni Frankonio Mak əlavə edib.

44 filmi