Laçında Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirlib

Qarabağ
  • 05 noyabr, 2026
  • 15:39
Laçında Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirlib

Laçın rayonunun Bəylik kəndində Zəfər Gününün 6-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirlib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, aksiya "Laçın rayonunun Bəylik kəndi ərazisində yaşıllıqların artırılması" layihəsi əsasında rayonun təbiət simvollarından biri olan "Bəylik Bağları"nda təşkil olunub.

Ağacəkmə aksiyası işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına yönəlmiş tədbirlərin tərkib hissəsidir.

Aksiyanın əsas məqsədi Laçın rayonunun tarixi və mədəni simvollarından biri olan "Bəylik Bağları" ərazisində meyvə bağının yenidən salınması, ərazinin ənənəvi aqrar fəaliyyətinin canlandırılması və mövcud ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verilməsidir.

Ağacəkmə aksiyasında Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyi ilə Bərpa Tikinti Xidmətinin əməkdaşları, yerli sakinlər iştirak ediblər.

Qeyd edək ki, sözügedən layihə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və "Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ-nin təşkilatçılığı ilə həyata keçirilir.

YENİLƏNİR