Azərbaycan millisinin baş məşqçisi: İki oyunda təcrübəsizliyə görə məğlub olduq

Azərbaycan millisinin baş məşqçisi: İki oyunda təcrübəsizliyə görə məğlub olduq Bəzi komandalara təcrübəsizliyə görə uduzduq. Şimali Makedoniya və Lüksemburq seçmələrini buna misal göstərə bilərəm.
Komanda
3 İyun , 2024 16:29
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda təcrübəsizliyə görə məğlub olduq

Bəzi komandalara təcrübəsizliyə görə uduzduq. Şimali Makedoniya və Lüksemburq seçmələrini buna nümunə göstərə bilərəm.

Bunu "Report"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Qızıl Avropa Liqasındakı çıxış barədə danışarkən deyib.

Mütəxəssis turnir üçün hazırlıq müddətlərinin az olduğunu bildirib: "Uşaqlar can-başla oynadılar. Bu heyətin yeni yığıldığını da xatırlatmalıyam".

Cəlalov komandada bir çox parametrlərdə çatışmazlıqların olduğunu söyləyib: "Çox matçlar oynamalıyıq. Ən böyük problemi bloklarda gördüm. Bunu isə bəzi oyunçuların təcrübəsiz olması ilə əlaqələndirirəm. Hər üç oyunçu ötürməni oxumağı bacarmalıdır. Bu da təcrübəyə dayanır. Taktiki problemimiz yoxdur. Servislərdə bir az çətinlik çəkirik. Sabitliyi qoruya bilmədik. Heç bir komanda uduzmaq istəməz, məşqçi də məğlubiyyət üçün meydana çıxmır. Kollektivin motivasiyası pozulsa da, onları toparlamağa çalışdıq. Qarşıda Avropa çempionatının seçmə mərhələsi olacaq. Burada Belçika və Avstriya ilə üz-üzə gələcəyik. Hər ikisi təcrübəli komandadır. Belə turnirlərdə çox oynasaq, gənc oyunçular yetişər".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında keçirdiyi bütün matçlarda məğlub olub.

Son xəbərlər

Orphus sistemi