Azərbaycan klubunun voleybolçusu "Qalatasaray"a keçib
Komanda
- 21 may, 2016
- 14:02
Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Telekom" klubunun üzvü Kristina Ruseva karyerasını Türkiyənin "Qalatasaray" komandasında davam etdirəcək. "Report"un məlumatına görə, 25 yaşlı bolqarıstanlı orta sahə oyunçusu ilə 1 illik müqavilə bağlanılıb.
Rusevanın adı ötən mövsüm də "sarı-qırmızılar"la hallanıb. 1,90 metr boya malik voleybolçu zərbə endirərkən, 3,05 metr hündürlüyədək yüksəlməyi bacarır.
Qeyd edək ki, Kristina Ruseva Bolqarıstanın MOİK (Sofiya), İtaliyanın "Berqamo" və "Modena", Türkiyənin "Nilüfer Belediyesi" komandalarının da formasını geyinib. O, hücumda qüvvətli olmaqla yanaşı, blok bacarığı ilə də tanınır. "Telekom" Azərbaycan Super Liqasını gümüş medalla tamamlayıb.
Son xəbərlər
16:57
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
Futbol16:55
Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Biznes16:54
Foto
Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub
İdman16:50
Foto
Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
Xarici siyasət16:48
AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur
ASK16:47
Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes16:38
Timur Pistryuqa: Minatəmizləmə ərazilərin bərpasının təməlidir
Xarici siyasət16:34
BŞTİ: XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb
Elm və təhsil16:33