Azərbaycan həndbol çempionatı: “Kür” ilk məğlubiyyətini alıb

Azərbaycan həndbol çempionatı: “Kür” ilk məğlubiyyətini alıb Həndbol üzrə Azərbaycan çempionatlarında XI tur başa çatıb.
Komanda
19 Fevral , 2024 16:59
Azərbaycan həndbol çempionatı: “Kür” ilk məğlubiyyətini alıb

Həndbol üzrə Azərbaycan çempionatlarında XI tur başa çatıb.

“Report”un məlumatına görə, qadınların yarışında lider “Qarabağ” “İdman Akademiyası” önündə çətinlik çəkməyib.

Çempionluq uğrunda mübarizə aparan digər komandalar “Azəryol” ilə “Kür”ün duelindən isə ikincilər çətinliklə də olsa, qalib ayrılıblar.

Kişi həndbolçuların çempionatında “Bakı” “Qarabağ”dan güclü olub. Turun mərkəzi görüşündə lider “Kür”, nəhayət ki, büdrəyib. Mingəçevir təmsilçisi mövsümdə ilk məğlubiyyətini doğma arenasında “Azəryol”dan alıb.

Azərbaycan çempionatı

XI tur

Qadınlar
“Qarabağ” – “İdman Akademiyası” 44:14
“Azəryol” – “Kür” 30:33
Xal durumu: “Qarabağ” – 20, “Kür” - 17, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

Kişilər
“Bakı” – “Qarabağ” 31:27
“Kür” – “Azəryol” 28:34
Xal durumu: “Kür” – 17, “Azəryol”, “Bakı” – 14, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.

Son xəbərlər

Orphus sistemi