Azərbaycanın basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

Azərbaycanın basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Komanda
24 İyun , 2024 18:52
Azərbaycanın basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, iyunun 20-dən milli komanda Memarlıq və İnşaat Universitetinin idman zalında toplanışın ikinci mərhələsinə başlayıb.

Basketbolçular ispaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi altında taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışıblar. Taktiki hazırlıqda yığmanın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.

Toplanış iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi