Azərbaycan basketbol millilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib

Azərbaycan basketbol millilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib Azərbaycanın oğlan və qızlardan ibarət basketbol millilərinin Avropa çempionatındakı rəqibləri bəlli olub.
Komanda
6 Fevral , 2024 19:01
Azərbaycan basketbol millilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib

Azərbaycanın oğlan və qızlardan ibarət basketbol millilərinin Avropa çempionatındakı rəqibləri bəlli olub.

"Report" xəbər verir ki, 12-21 iyulda Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında B divizionun oyunları baş tutacaq.

Püşkatmaya əsasən, U-20 yığmamız B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiyaya rəqib olacaq.

23-28 iyulda isə Albaniyanın Elbasan şəhərində 18 yaşadək oğlanlar arasında baş tutacaq C divizionunda U-18 yığmamız B qrupunda Moldova, Ermənistan və Monako komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-18 qız millimiz isə Kosovonun Priştina şəhərində C divizionunun B qrupunda Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyulda Albaniyanın Durres şəhərində 16 yaşadək oğlanlar arasında baş tutacaq C divizionunda U-16 yığmamız A qrupunda Albaniya, Malta və Moldova komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-16 qız komandamız isə Cəbəllütariqdə baş tutacaq C divizionunun A qrupunda Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi