Avropa Voleybol Konfederasiyasının prezidenti: "Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik"

Komanda
  • 25 aprel, 2025
  • 17:16
Avropa Voleybol Konfederasiyasının prezidenti: Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik
Roko Sikiriç

Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik.

"Report" xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç deyib.

O, Azərbaycan Voleybol Federasiyasına Bakıda yaxşı qarşılandığı üçün təşəkkür edib:

"Mükafatçıları təbrik edirəm. 2026-cı ildə Avropa çempionatının qrup oyunları Bakıda keçiriləcək. Qonaqpərvərliyə görə ölkə rəhbərliyinə təşəkkür edirəm. Dünən və bu gün maraqlı qarşılaşmalar izlədik. Bakıda olduğum müddətdə məhsuldar danışıqlar oldu. Səfərimin əsas məqsədi növbəti layihələri müzakirə etmək idi. Bizim üçün çimərlik voleybolunun inkişafı da önəmlidir. Bildiyiniz kimi, "Azərreyl" bu növdə Avropada uğurlu çıxış edib. Azərbaycan Çempionlar Liqasında da təmsil olunmağa layiqdir".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında gerçəkləşən kişilər arasında ikinci final matçında "Murov Az Terminal"a 3:1 (25:20, 25:22, 17:25, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" titula sahib çıxıb. "Dəmiryolçular" ilk final matçında da rəqibini üstələmişdi - 3:0.

Qadınların yarışında isə "Azərreyl" ötən gün finalın ikinci matçında "Milli Aviasiya Akademiyası"nı "qızıl set"də məğlub edərək Azərbaycan çempionu olmuşdu.

Son xəbərlər

Bütün Xəbər Lenti