Avropa çempionatı: Azərbaycanın şahmat yığması yenidən bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın şahmat yığması yenidən bürünc medal qazanıb Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX turun görüşlərini keçiriblər.
Komanda
21 Noyabr , 2021 23:43
Avropa çempionatı: Azərbaycanın şahmat yığması yenidən bürünc medal qazanıb

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX turun görüşlərini keçiriblər.

"Report"un məlumatına görə, kişilərdən ibarət yığma Fransa qarşılaşıb. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

Azərbaycan komandasından Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə istedadlı şahmatçı Alireza Firuzcaya uduzub.

Bu nəticə Azərbaycan yığması ilk 3-lükdən kənarda qalaraq, Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplasa da, 4-cü yerlə kifayətlənib.

Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazanıb - 2,5:1,5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib.

Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib olub. 

Daha əvvəl Azərbaycan komandası 2019-cu ildə Avropa çempionatının bürünc medalçısı olub. 

Avropa çempionatı, IX tur
21 noyabr

Kişilər

Fransa - Azərbaycan - 2,5:1,5

Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov - 0,5:0,5

Maksim Laqarde - Rauf Məmmədov - 0,5:0,5

Jil Mussar - Nicat Abbasov - 0,5:0,5

Qadınlar

Azərbaycan - Niderland - 2,5:1,5

Günay Məmmədzadə - Jaogin Penq - 1:0

Gülnar Məmmədova - Elin Roebers - 0:1

Ülviyyə Fətəliyeva - Maçteld Van Forest - 1:0

Gövhər Beydullayeva - Tea Lançava - 0,5:0,5

Son xəbərlər

Orphus sistemi