AVF rəsmisi: Avropa Voleybol Konfederasiyasında təmsil olunmaq şərəfdir

AVF rəsmisi: Avropa Voleybol Konfederasiyasında təmsil olunmaq şərəfdir 50-dən çox ölkənin yer aldığı Avropa Voleybol Konfederasiyasında təmsil olunmaq şərəfdir, qalibiyyətdir.
Komanda
27 Avqust , 2024 13:40
AVF rəsmisi: Avropa Voleybol Konfederasiyasında təmsil olunmaq şərəfdir

50-dən çox ölkənin yer aldığı Avropa Voleybol Konfederasiyasında təmsil olunmaq şərəfdir, qalibiyyətdir.

Bunu "Report"a açıqlamasında növbəti dəfə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilən Cəlil Cəfərov deyib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri seçki prosesinin çox çətin keçdiyini bildirib:

"Türkiyəli qardaşlarımız ikinci tura adlaya bilmədilər. Mənim orada yer almağım sevindirici haldır. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Ölkəmiz hər sahədə inkişaf edir. Azərbaycan vətəndaşı olaraq hər kəs öz işini layiqincə yerinə yetirməlidir. Biz də bunun üçün çalışırıq. Azərbaycanın adını yüksəklərə qaldırmaq bizim mənəvi borcumuzdur".

O, Azərbaycan voleybolunun əvvəlki əzəmətini qaytaracağına inandığını söyləyib:

"AVF kollektivinə, qurumun prezidenti Şahin Bağırova da minnətdarlığımı bildirirəm. Onun düzgün mövqeyi, yanaşması nəticəsində hazırda irəliləyə bilirik. Şahin Bağırov prezident seçiləndən sonra gənc voleybolçulara daha çox şans verilir. Bu da düzgün yol və istiqamətdir. İnanıram ki, bu, yaxın gələcəkdə öz bəhrəsini verəcək və Azərbaycan voleybolu yenidən zirvədə yer alacaq".

Son xəbərlər

Orphus sistemi