Yanvar-fevral ayları üzrə Şuşaya avtobus biletləri tam satılıb

Yanvar-fevral ayları üzrə Şuşaya avtobus biletləri tam satılıb Bu ilin yanvar-fevral ayları üzrə Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinə biletlər tam satılıb.
İnfrastruktur
541
25 Yanvar , 2022 17:24
Yanvar-fevral ayları üzrə Şuşaya avtobus biletləri tam satılıb

Bu ilin yanvar-fevral ayları üzrə Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinə biletlər tam satılıb.

"Report"un əldə etdiyi məlumata görə, bu istiqamətdə ümumilikdə 1000-ə yaxın bilet satışı həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Report"a bildirilib ki, həmin istiqamətə hərəkət etmək istəyən sərnişinlər həftədə 4 dəfə təşkil edilən Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarından istifadə edə bilərlər: "Bakıdan və digər ərazilərdən Əhmədbəyliyə səfər etməkdə heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar ya şəxsi avtomobilləri, ya da digər vasitələrlə Əhmədbəyliyə gedib oradan təşkil edilən reys vasitəsi ilə Şuşaya səfər edə bilər. Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir".

Xatırladaq ki, Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.

Son xəbərlər

Orphus sistemi