İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Özbəkistanda “Mərkəzi və Cənubi Asiya regional əlaqələr üzrə çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda iştirak edərək məruzə təqdim edib.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, V.Qasımlı öz “Zəngəzur dəhlizi: geoiqtisadi inqilab” adlanan məzurəsində bildirib ki, “Zəngəzur dəhlizi” Şərq-Qərb marşrutu üzrə diversifikasiya imkanlarını artırır. Buna görə Cənub-Şərqi və Mərkəzi Asiya ölkələri, həmçinin Avropa İttifaqı “Zəngəzur dəhlizi”nin həyata keçirilməsində maraqlıdırlar. Eyni zamanda “Zəngəzur dəhlizi” Şimal-Cənub istiqamətində marşrutun şaxələndirilməsi üçün mühüm rol oynayır. Dəhliz qısa olmaqla yanaşı, vaxta və resurslara qənaət nöqteyi nəzərindən də əhəmiyyət kəsb edir.
Konfransda Özbəkistan prezidenti, Əfqanıstan prezidenti, Pakistanın baş naziri, Orta və Cənubi Asiya ölkələri ilə yanaşı digər ölkələrin Xarici İşlər nazirləri və ali nümayəndələri, nüfuzlu beynəlxalq və regional təşkilatların rəhbərləri, qlobal maliyyə qurumları və şirkətləri, o cümlədən aparıcı tədqiqat və analitik mərkəzləri iştirak edib.