Türkdilli ölkələrə Bakı-Tbilisi-Qarsın imkanlarından istifadəsi ilə bağlı çağırış edilib

Türkdilli ölkələrə Bakı-Tbilisi-Qarsın imkanlarından istifadəsi ilə bağlı çağırış edilib “Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yaradılan imkanları bərabər inkişaf etdirə bilərik".
İnfrastruktur
143
11 Noyabr , 2021 19:29
Türkdilli ölkələrə Bakı-Tbilisi-Qarsın imkanlarından istifadəsi ilə bağlı çağırış edilib

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yaradılan imkanları bərabər inkişaf etdirə bilərik".

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) bu gün Türkiyənin İstanbul şəhərində keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, türk tarixində önəmli yerə sahib olan "İpək Yolu"nu ortaq təşəbbüsümüzlə canlandıra və bir-birimizə daha da yaxınlaşdıra bilərik.

"Məqsədimiz daşımaların kvota ilə məhdudlaşdırılmadığı, malların sərbəst daşındığı, xərclərin məqbul həddə endirildiyi, gömrük prosedurlarının sadələşdirildiyi və sürətləndirildiyi, malların daşınmasına maneələrin aradan qaldırıldığı ümumi logistika infrastrukturunun yaradılmasıdır. Elə sahələr var ki, biz təkcə avtomobil yolunda deyil, dəmir yolu sahəsində də əməkdaşlığımızı gücləndirə bilərik”, - M. Muş qeyd edib.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi