Tokayev: “TITR layihəsinin inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”

Tokayev: “TITR layihəsinin inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq” “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”.
İnfrastruktur
28 Oktyabr , 2022 12:22
 Tokayev: “TITR layihəsinin inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev MDB Hökumət Başçıları Şurasının üzvləri ilə görüşündə deyib.

“Bu mövzu getdikcə aktuallaşır. İnanıram ki, MDB-yə üzv dövlətlər İran, Fars körfəzi və Hindistana çıxışın təmin edilməsi yolu ilə “Şimal-Cənub” marşrutu istiqamətində ticarəti inkişaf etdirərək mövcud potensialın inkişafı üçün birgə çalışacaqlar”, - dövlət başçısı vurğulayıb.

O, maneələrin aradan qaldırılmasına, proteksionizmin qarşısının alınmasına, əlverişli tarif şəraitinin yaradılmasına, MDB məkanında inzibati prosedurların sadələşdirilməsinə çağırıb.

Onun sözlərinə görə, MDB məkanında iqtisadi-ticarət əməkdaşlığının inkişafına diqqət yetirmək lazımdır.

Son xəbərlər

Orphus sistemi