Son 3 ildə rayonlarda torpaq qanunvericiliyinin pozulmasına dair 271 inzibati protokol tərtib edilib

Son 3 ildə rayonlarda torpaq qanunvericiliyinin pozulmasına dair 271 inzibati protokol tərtib edilib 2020-2022-ci illər ərzində Azərbaycanda rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 271 inzibati protokol tərtib edilib, 121 min manat məbləğində cərimə tətbiq olub.
İnfrastruktur
5 Noyabr , 2022 17:09
Son 3 ildə rayonlarda torpaq qanunvericiliyinin pozulmasına dair 271 inzibati protokol tərtib edilib

2020-2022-ci illər ərzində Azərbaycanın rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 271 inzibati protokol tərtib edilib, 121 min manat məbləğində cərimə tətbiq olub.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

"Dövlət Xidmətinin apardığı monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi rayonlarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur.

Aparılmış monitorinqlər nəticəsində şimal-şərq regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 300-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə ümumilikdə 430-a yaxın məktubla aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Orqanlarına) müraciət edilib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi