Şərq və Qərb arasında nəqliyyat bağlantısının gücləndirilməsi müzakirə edilib

Şərq və Qərb arasında nəqliyyat bağlantısının gücləndirilməsi müzakirə edilib Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Avropa Komissiyası Şərq və Qərb arasında nəqliyyat-logistika bağlantılarının gücləndirilməsini müzakirə edib.
İnfrastruktur
30 May , 2024 15:53
Şərq və Qərb arasında nəqliyyat bağlantısının gücləndirilməsi müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Avropa Komissiyası Şərq və Qərb arasında nəqliyyat-logistika bağlantılarının gücləndirilməsini müzakirə edib.

"Report" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr “Orta Dəhliz Təşəbbüsü – Avropa və Asiyanın Qovuşduğu Məkan” adlı konfransda aparılıb.

Konfrans Avropa Asiya Araşdırmaları İnstitutu (EIAS) və Azərbaycanın Belçikadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfrans çərçivəsində baş tutan panel müzakirələrində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, EIAS-nin baş icraçı direktoru Aksel Hotals, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Brüsseldəki ofisinin direktoru Kamilla Brükner və Avropa Komissiyasının Yaxın Şərq, Mərkəzi Asiya bölməsinin rəhbəri Sara Rinaldi iştirak ediblər. Paneldə Azərbaycanın Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi formalaşmasında həlledici rolu, ticarət kanallarının rəqəmsallaşması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirə həmçinin Avropa İttifaqının müxtəlif siyasi institutlarının üzvləri, Avropa Parlamentinin nümayəndələri, Belçikanın təhsil müəssisələrinin və müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları qatılıblar.

Son xəbərlər

Orphus sistemi