Rusiyanın “Red Wings” aviaşirkəti gələn il ölkənin Yekaterinburq şəhərindən Bakıya uçuşlar həyata keçirmək istəyir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Yevgeni Klyuçarev məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi aviadaşıyıcı 2022-ci ildə ümumilikdə 30 beynəlxalq və regional istiqamətdə reyslər yerinə yetirməyi planlaşdırır. Bununla belə, son qərar epidemioloji vəziyyətdən asılı olacaq.
Xatırladaq ki, “Red Wings” 1999-cu ildə yaradılıb.