Qaydar Abdikərimov: "Transxəzər marşrutu üzrə birgə müəssisənin yaradılması üçün fəal iş aparılır"

Qaydar Abdikərimov: "Transxəzər marşrutu üzrə birgə müəssisənin yaradılması üçün fəal iş aparılır" Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (həmçinin Orta Dəhliz adlandırılır) birgə müəssisənin yaradılması istiqamətində fəal iş aparılır.
İnfrastruktur
1 İyun , 2022 18:46
Qaydar Abdikərimov: Transxəzər marşrutu üzrə birgə müəssisənin yaradılması üçün fəal iş aparılır

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (həmçinin Orta Dəhliz adlandırılır) birgə müəssisənin yaradılması istiqamətində fəal iş aparılır.

Bunu “Report”a Bakıda səfərdə olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Baş katibi Qaydar Abdikərimov deyib.

Onun sözlərinə görə, hazırda dəhlizlə bağlı bir neçə qərarımız var, onlardan biri dəhliz istiqamətində ortaq müəssisənin yaradılmasıdır: “Biz bunun üzərində aktiv işləyirik. Bununla biz çox vacib məsələləri, sualları həll edəcəyik. Bu həmçinin, müştərilərə yaxşı xidmət göstərməyə imkan verəcək”.

Birgə müəssisəsinin yaradılmasında Orta Dəhlizin üzv ölkələri - Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə iştirak edir.

O vurğulayıb ki, hazırda dəhlizdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tarif şərtlərinin üzərində iş gedir:

"Bu, bizi “Bir pəncərə” sisteminə yaxınlaşdırır. Bizim həmçinin vahid gəmiçilik tarifi siyasətimiz var. Biz bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə fəaliyyət göstərən konsorsium vasitəsilə həyata keçiririk. Konsorsium bizə müştərilərlə əməkdaşlığı təmin edir, dəhliz üzrə təklif edilən xidmətləri satır”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi