Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4), Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu
İnfrastruktur
3 May , 2022 09:56
Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4), Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd-qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər), “Qala Group” MMC (9-12-ci tenderlər) və “Feniks-AA” MMC-dir (13-cü tender).

Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.

Bundan əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi.

Son xəbərlər

Orphus sistemi