Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının prezidentini qəbul edib Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib.
İnfrastruktur
9 May , 2018 12:15
Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının prezidentini qəbul edib

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib. 

"Report"un məlumatına görə, Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək tədbirdə 65 ölkədən 400-dən artıq nümayəndənin iştirakının böyük önəm daşıdığını vurğulayıb. 

O bildirib ki, bu nümayəndələr Beynəlxalq Limanlar Assosiasiyasına üzv olan və dünyanın dəniz yük daşımalarının, təxminən, 70 faizini əhatə edən limanları təmsil edirlər.

Tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Santiaqo Qarsia Mila paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib. Bakının artıq beynəlxalq ticarət qovşağına çevrildiyini deyən qonaq böyük İpək yolu, “Bir kəmər, bir yol” layihələrində Azərbaycanın önəmli rol oynayacağına ümidvar olduğunu bildirib. Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və tədbirin gələn il Çində təşkil ediləcəyini deyib.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransının önəminə toxunaraq xeyli sayda ölkənin nümayəndələrinin burada iştirakından məmnunluğunu ifadə edib. Tədbirin keçirilməsi üçün Bakını seçdiklərinə görə minnətdarlığını bildirən dövlət başçısı ölkəmizdə digər sahələr kimi, nəqliyyat sektorunda da böyük uğurların əldə olunduğunu məmnunluq hissi ilə qeyd edərək Azərbaycanın artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini deyib. Ölkəmizin coğrafi mövqeyinin bu işdə rolunu qeyd edən Prezident İlham Əliyev bunun həm də Azərbaycanda müasir nəqliyyat infrastrukturuna qoyulan böyük həcmdə investisiyanın nəticəsi olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bu, özünü təkcə Ələtdəki Yeni Bakı Limanında deyil, müasir dəmir və avtomobil yolları, eləcə də hava limanlarının inşasında da göstərir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinə toxunan dövlət başçısı həmin layihələrin icrası nəticəsində bu istiqamətdə Azərbaycan ərazisindən mühüm beynəlxalq daşımaların həyata keçiriləcəyini qeyd edbi.

Nəqliyyat infrastrukturunun bu gün Azərbaycanda çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev Yeni Bakı Limanının birinci fazasının tam şəkildə yaxın zamanlarda başa çatacağını deyib və bütün bunları Azərbaycanın nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfə kimi dəyərləndirib. 

Son xəbərlər

Orphus sistemi